Vəzifə öhdəlikləri: Hər ay bir növbəti ay və ya aylar üçün satış planını hazırlayıb təqdim etmək; Məhsul siyasətini müəyyənləşdirmək, məhsul portfelindəki cari məhsul markalarının inkişaf strategiyasını müəyyənləşdirmək; Ay ərzində satınalma müddəti keçmiş, qüsurlu malları müəyyənləşdirmək; Rəqiblər üzrə aylıq/rüblük qiymət araşdırması həyata keçirmək; Məhsulların topdan və pərakəndə satış qiymətlərini təyin etmək, marjinallığını müəyyən etmək və Departament rəhbəri ilə razılaşdırmaq; Marketinq aksiyaları üzrə qiymətləri müəyyən etmək və Departament rəhbəri ilə razılaşdırmaq; Bazarda yeni tələbat yaradacaq məhsullar üzrə araşdırma aparmaq; Vendorlarla işgüzar danışıqlar aparmaq, eksklüziv şərtlər, kredit müddətini razılaşdırmaq; Mövcud tədarükçülərlə ticari münasibətləri inkişaf etdirmək, davamlı olaraq yeni tədarükçülər araşdırmaq, dəyərləndirmək və tədarükçü təklifləri barədə Departament rəhbərinə məlumat vermək;Xüsusi tələblər: Müvafiq sahə üzrə 3 ilədək iş təcrübəsi; Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dili biliyi üstünlükdür); Operativlik və gərgin iş rejimində işləmək bacarığı; MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı; Analitik düşüncə və təhlil bacarığı; Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı; Problemləri effektiv şəkildə həll etmək; Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya müdiri” qeyd etməklə elektron ünvanına [email protected] göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.