Təsvir: Bankın IFRS üzrə aylıq hesabatlarının hazırlanması; Daxili və xarici yoxlamalar zamanı dəstək; Maliyyə hesabatlarının nəzərdən keçirilməsi/yoxlanması zamanı xarici audit tələblərinin yerinə yetirilməsi; Bankın illik və aylıq maliyyə hesabatlarının hazırlanması ilə məşğul olmaq; Bankın struktur bölmələrindən kənar audit sorğularına və məlumat sorğularına cavab olaraq xarici auditə sənədlərin və məlumatların verilməsini əlaqələndirmək; IFRS standartlarına uyğun olaraq illik maliyyə hesabatlarına lazımi düzəlişlər etmək; Şöbənin fəaliyyəti ilə bağlı bəzi daxili və SQL hesabatlarından məlumatların toplanması və təhlili; Yeni məlumatlar əldə etmək və hesabat hazırlamaq üçün İT şöbəsi ilə əməkdaşlıq etmək; Bankın Mühasibat Departamenti, eləcə də bankın digər şöbə və bölmələri ilə müsbət və səmərəli əməkdaşlığın təmin edilməsi. Tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil; IFRS üzrə sertifikatlaşdırma üstünlükdür; Mühasibatlıq sahəsində əlavə beynəlxalq sertifikatlar (ACCA, CPA və s.) üstünlükdür; Mühasibatlıq, maliyyə və ya maliyyə hesabatları sahəsində minimum 2-3 illik iş təcrübəsi; IFRS standartları ilə işləmək təcrübəsi; Audit və ya konsaltinq təcrübəsi (məsələn, Big Four şirkətlərində iş təcrübəsi); Yüksək səviyyədə İngilis və Rus dil biliyi; Analitik düşüncə və prolemləri həll etmək bacarığı; Komandada işləmək bacarığı.