Risklərin Idarə Edilməsi Departamenti kredit və bazar riskləri şöbəsinin modelləşdirmə üzrə Aparıcı mütəxəssis / Mütəxəssis
at
Rabitabank OJSC
Part Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Təsvir: Kredit riski modellərinin hazırlanması, istifadəsi və gözlənilən nəticələri vermədikdə model məlumatlarının (input) / parametrlərinin / model kodlarının nizamlanması; Metodologiya, model sənədlərini yoxlayaraq Bank modellərinin təsdiqlənməsi və icrası; Modelin inkişaf etdirilməsi / nizamlanması üçün təkliflərin verilməsi; Kredit risk modellərini əhatə edən idarəetmə hesabatlarının mütəmadi olaraq hazırlanması; Modelin işlədilməsinin monitorinqi və məlumatların testi (backtesting) üçün mütəmadi şəkildə validasiyasının edilməsi; Digər (risklə əlaqəli olmayan) qabaqcıl analitik sistemlərin dizayn olunmasında iştirak; Kredit skorinqinin yoxlanılması və ehtiyac yarandıqda müvafiq dəyişikliklərin edilməsi; Model validasiyası / model keyfiyyətinin yoxlanılması və model sonrası validasiya dəyişikliklərinin əlavə olunması; Tələblər: Ali təhsil (Kompüter Elmləri, Statistika, Tətbiqi Riyaziyyat və ya digər müvafiq sahələr üzrə); Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili); Proqramlaşdırma dili: R, Python v.s MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı; Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti; Skorinq modelləşdirməsi ilə bağlı təcrübənin olması (üstünlükdür); Müvafiq sahə üzrə ən az 1 il təcrübənin olması.