Təsvir: Maliyyə hesabatlarının aylıq/rüblük əsasda IFRS standartlarına uyğun hazırlanması; Maliyyə məlumatlarının IFRS əsasında analizi və rəhbərliyə hesabatın verilməsi; Bankın illik audit prosesinin təşkili və kənar audit prosesinin koordinasiyası; Maliyyə institutlarından daxil olan sorğuların cavablandırılması; Beynəlxalq maliyyə bazarlarında gedən dəyişikliklərin izlənməsi və IFRS standartlarına dair yeniliklərin tətbiqi. Tələblər: Maliyyə, iqtisadiyyat və ya mühasibat sahəsində ali təhsil; Beynəlxalq Maliyyə Hesabat Standartları (IFRS) sahəsində minimum 3 il iş təcrübəsi; Aparıcı audit şirkətlərində iş təcrübəsi (Big4 böyük üstünlük sayılır). ACCA F2, F3, F7 və ya DipIFR sertifikatına malik olmalı; Maliyyə hesabatlarının təhlili və optimallaşdırılması bacarığı; Analitik düşüncə və problem həll etmə bacarığı; Ünsiyyət və komandada iş bacarığı; Azərbaycan, ingilis dili biliyi mütləqdir. Rus dili biliyi arzuolunandır;