Korporativ Bankçılıq Departamentinin Korporativ maliyyələşmə şöbəsində mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis
at
ATB Bank
Part Time
Elanın bitmə vaxtı
2 həftə sonra
Təsvir Müştərilərlə əlaqə kanallarının qurulması işində iştirak etmək (soyuq zənglər, işgüzar tədbirlərdə iştirak v.s); Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil edilməsi; Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək; Müştərilərin maliyyələşdirilməsi üzrə daxil olan sifarişləri müvafiq qaydada ilkin emalının aparılması; Verilmiş kreditlərin düzgün sənədləşdirilməsinə, təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi; Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək. Tələblər Ali iqtisadi təhsil; Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə (ingilis dili biliyi arzu olunandır); Bank sahəsində kredit satışı üzrə minimum 2 il iş təcrübəsi; Bank sahəsində korporativ satış üzrə iş təcrübəsi və müştəri bazasına malik olmaq arzuolunandır; MS Office proqramlarından (MS Excel yüksək səviyyədə) istifadə etmək bacarığı; Bank qanunvericiliyi üzrə bilikləri; Analitik təhlil etmə qabiliyyəti, detallara qarşı diqqətlilik; Stressə davamlılıq, kollektivlə işləmək bacarığı.