Maliyyə təhlili və İdarəedici hesabatlılıq şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssisi
at
Xalq Bank
Part Time
Təsvir: Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi; Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili; Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi; Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması; Xərclərin optimallaşdırılması üzrə təkliflər. Tələblər: Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə magistr təhsili; Bank sektorunda minimum iki il təcrübə; ACCA (F5, F7 – exemption olmaması şərti ilə) və CFA 1-ci səviyyə olması xüsusi üstünlükdür; Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel); Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması; Xarici dil biliyi (İngilis dili) mütləqdir; Komunikasiya qabiliyyətinin yüksək olması; Komanda ilə işləmək bacarığı.