Təsvir: Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək; Monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə müvafiq struktur bölmələr tərəfindən təqdim edilmiş tədbirlər planının razılaşdırılmış son icra tarixi çərçivəsində həyata keçirilməsi üzrə prosesi izləmək; Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək; Şirkətin yeni yaradılmış satış kanalları və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s. daxildir) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə qanunvericiliyə uyğunluğunu təhlil edib rəy vermək; Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasını təmin etmək; Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək, zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı birbaşa rəhbərini məlumatlandırmaq; Komplayens istiqaməti üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək. Tələblər: Ali təhsil (iqtisadi,hüquqi); Bank işi sahəsində 1 illik iş stajı; Azərbaycan, İngilis dilini mükəmməl, Rus dilini orta səviyyədə bilmək; Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office və s.)

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
5+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan