Təsvir: Layihələrin maliyyələşdirilməsi məqsədilə biznes kreditlərinin əldə edilməsi üçün banka daxil olan müraciətlərə baxmaq, aparılmış maliyyə-iqtisadi təhlilin tamlığını yoxlamaq, kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə bankdaxili qaydalara uyğun olaraq müvafiq səlahiyyətli kredit komitəsinin iclasının müzakirəsinə çıxarmaq üçün rəy hazırlamaq Layihə maliyyələşdirilməsi kreditləşməsinin bütün mərhələlərində prosesin gedişatını izləmək, layihənin gedişatını nəzarətdə saxlamaq və zərurət olduqda müştərilərlə görüşlər keçirmək Bank tərəfindən maliyyələşdirilən layihələrlə əlaqəli olan aktivin, o cümlədən həmin aktivin yaratdığı gəlirlər, həmçinin layihələr üzrə kredit öhdəliklərinin icrası üçün yetərli pul axınları üzərində mütəmadi olaraq nəzarəti həyata keçirmək Layihənin inkişaf mərhələlərinin, proqnozlaşdırılan bütün xərclərinin, habelə əməliyyat fazasının əhatə olunduğu biznes plana uyğun olaraq layihənin icrasını nəzarətdə saxlamaq Layihənin icrası üçün layihəçi, podratçı və layihənin icrasında iştirak edən digər şəxslərlə müqavilələrin (niyyət protokolunun və ya digər razılaşma sənədinin), layihə üzrə zəruri olan bütün icazə və digər hüquqmüəyyənedici sənədlərin tamlığını yoxlamaq və layihə maliyyələşdirilməsi kreditləri üzrə vəsaitlərin yalnız tələb olunan icazə və digər hüquqmüəyyənedici sənədlər banka təqdim edildikdən sonra verilməsinə nəzarət etmək Layihə maliyyələşdirilməsi kreditlərinin bankın əməliyyat sistemində düzgün təsnifləşdirilməsinə nəzarət etmək Layihə maliyyələşdirilməsi kreditlərinin Mərkəzi Bankın müvafiq kreditlərin prudensial tənzimlənməsi qaydalarına uyğun rəsmiləşdirilməsinə nəzarət etmək Şöbənin fəaliyyəti ilə əlaqədar idarə rəisi/müavin(lər)nin verdiyi, həmçinin iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək Tələblər: İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili Biznes kreditləri, o cümlədən layihə maliyyələşdirilməsi kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi Bankda kredit sahəsində (biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün) Stressə davamlılıq və kollektivdə işləmək bacarığı Yüksək qavrama və öyrənmə qabiliyyəti Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
4 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan