“Gəncə” filialının Kredit Monitorinqi üzrə regional təmsilçisi
at
Xalq Bank
Part Time
Təsvir: Verilən kreditlərin borcalanlar tərəfindən təyinatına uyğun olaraq istifadə edilməsini monitorinq etmək, bununla bağlı müvafiq hesabatlar tərtib etmək; Verilmiş kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunu və vəziyyətini yoxlamaq, monitorinq etmək, müvafiq hesabat tətbiq etmək; Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq, bununla bağlı müvafiq hesabatlar tərtib etmək; Yuxarıda qeyd edilən monitorinq məqsədləri üzrə ətraf rayonlara səfərlər təşkil etmək; Kredit portfelinin filiallar üzrə vəziyyətini və dinamikasını müntəzəm olaraq təhlil etmək, bununla bağlı zəruri hesabatlar hazırlamaq; Kreditlərin keyfiyyətinin artırılması məqsədilə yeni üsulların tətbiqinə dair təkliflər vermək. Tələblər: Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması; Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 2 il iş təcrübəsi; Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı; Analitik düşüncə; Stressə davamlılıq, komandada işləmə bacarığı; Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).