“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması DepartamentindəƏməliyyat Risklərin İdarəolunması üzrə kiçik mütəxəssis/mütəxəssisvəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq; Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək; Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq; Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək; Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq; Risk iştahının hazırlanmasında iştirak etmək; Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək; Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək; İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək; Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək; Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar. BİLİKLƏR: İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə bakalavr təhsili; Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır. TƏCRÜBƏ: Ümumilikdə əlaqəli sahədə 3 il iş təcrübəsi; Risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir). BACARIQLAR: Təqdimat bacarıqları; Komandada işləmək bacarığı; Yaxşı ünsiyyət bacarığı; Məntiqi və analitik düşüncə; Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri; Stresə davamlılıq; Təşəbbüskarlıq; Məqsədyönlülük; Emosional stabillik və məsuliyyətli olmaq.Son müraciət tarixi: 18.11.2024Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.