Rəqəmsal Bankçılıq İdarəsinin Rəqəmsal həllər şöbəsinin mütəxəssisi
at
Xalq Bank
Part Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Təsvir: Yeni xidmətlərin yaradılmasında proaktiv və təşəbbüskar olmaq; Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izləmək və bazar araşdırmaları aparmaq; Rəqəmsal bankçılıq sistemində yeni xidmətlərin reallaşdırılması üçün biznes tələbləri tərtib etmək və aydın şəkildə həmkarlara izah etmək; Istifadəçi bazasının bankdaxili müştərilər və bazar potensialı hesabına artırılması yollarınının müəyyənləşdirməsi və tətbirlər planını hazırlaması; Rəqəmsal xidmətlərin ölkə bazarında əlçatanlığını, mövqeləşdirilməsi, təbliğatı, istifadə aktivliyinin artırılması üçün tədbirlər planının hazırlaması; Biznes-tələblərdən irəli gələn yeni prosedur-qaydaların, sənədlərin, biznes proseslərin, analitik materialların, müştəri səyahəti xəritəsinin (CJM) və təqdimatların hazırlanmasında fəal iştirak etmək; Verilən statistik məlumatları təhlil etmək, əsasında hesabatlar tərtib etmək , məhsul üzrə istifadə potensialını müəyyələnləşdirmək; Rəy və təkliflərin toplanılması üçün əsas müştəri kateqoriyasına aid olan istifadəçilərlə kommunikasiyaları genişləndirmək; Texnoloji partnyorluqların qurulması, Biznes inteqrasiyaları və Açıq bankçılıq həllərinin inkişafı istiqamətində işləri planlaşdırmaq və həyata keçirmək; Tələblərin yerinə yetirilməsi hüdudlarını müəyyənləşdirmək və istifadəçi qəbulu sınaqlarını (UAT) tərtib etmək; Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin və prezentasiyaların keçirilməsi. Tələblər: Ali magistr təhsili; Rəqəmsal maliyyə məhsullarının inkişafı sahəsində ən azı 1 il təcrübə; Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq; Rəqəmsal maliyyə texnologiyaları barədə bilikli olmaq; Məhsulların inkişafı xəritəsinin qurulması, işlərin prioritetləşdirilməsi və planların idarəedilməsi qabiliyyəti; Tələblərin yığılması, dəyərləndirilməsi və “backlog”-un idarəedilməsi qabiliyyəti; Güclü kommunikasiya, problem həll etmə, müştəri ehtiyaclarını müəyyənləşdirmək qabiliyyəti; İngilis və rus dillərini bilənlərə üstünlük verilir; Bank və ödəniş sistemləri (Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması üstünlükdür.