Təsvir: Mövcud proseslərin qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması; Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması; Müxtəlif istiqamətlərdə qəfləti yoxlamaların aparılması; Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi; Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi; Aparılmış yoxlamalara dair hesabatların hazırlanması; Daxili Auditorlar Institutunun və bankın etika məcəlləsinə riayət olunması; DAD fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi; DAD əməkdaşları və zəruri olduqda Bankın digər əməkdaşları üçün müvafiq mövzularda təlimlərin həyata keçirilməsi; Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi; DAD Əsasnaməsindən irəli gələn və bu vəzifə öhdəliklərinə zidd olmadan DAD rəhbərinin ona həvalə etmiş olduğu digər işlərin görməsi Tələblər: Bankın dəyərlərinə uyğun işlərin təşkili; Müvafiq istiqamət üzrə Azərbaycan Respublikasının qanunlarını, bankdaxili normativ sənədləri bilməli; Vətəndaş qüsursuzluğuna malik olmalı; Ali iqtisadi və ya hüquqi təhsilə malik olmalı; Analitik düşünmə qabiliyyəti olmalı, riyazi və məntiqi təfəkkürə malik olmalı MS Office proqramlarında və digər tələb olunan proqramlarda işləmə bacarığı olmalı; Komanda ilə işləmə qabiliyyəti olmalı; Ünsiyyət bacarığı olmalı; Yaradıcı və təşəbbüskar olmalı; Məsuliyyətlilik və özünütənqid qabiliyyəti olmalı; Yeni vəziyyətə, məlumata və çətinliklərə adaptasiya olma bacarığı və istəyi olmalı; Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;