Təsvir: Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək; Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək; Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək; Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək; Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq. Tələblər: Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır); İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il; Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır; Riyazi hesablama aparmaq qabiliyyəti; Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma; Yüksək ünsiyyət bacarığı; Əzmkarlıq, düzgünlük, çalışqanlıq; Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.