Pərakəndə bankçılıq üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Beyləqan filialı)
at
Bank Respublika ASC
Part Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Təsvir: Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək; Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq; Bank kartları, Təcili Pul köçürmələri, əməliyyatlar aparmaq; Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək; Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək; Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək; Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi; Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili. Tələblər: Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır); İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır; Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır; MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.