Sumqayıt KOB ofisi və Rəqəmsal filialının Kiçik və Orta Biznes Kreditləri Şöbəsində Satış üzrə Menecer
at
ATB Bank
Part Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Təsvir: Banka Sumqayıt regionu üzrə KOB seqmentinə aid yeni müştərilərin cəlb edilməsi işinin təşkil edilməsi, müxtəlif növ biznes nümayəndələri ilə görüşlər keçirilməsi; Kiçik və Orta Biznes kreditləri üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeçiliyində olan satış üzrə əməkdaşlara istiqamət verilməsi; Bankın yeni məhsul və xidmətləri barədə Sumqayıt regionu üzrə Kiçik və Orta Biznes seqmentinə aid müştəriləri tabeçiliyində olan satış üzrə əməkdaşlar vasitəsi ilə məlumatlandırılmasının təşkil edilməsi; Bank üzrə məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak edilməsi; KOB seqmentinə aid müştərilərin təhlil edilməsi üçün əməkdaşların hazırlanmasında iştirak edilməsi; Tələblər: Ali təhsil (maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar); Vəzifəyə uyğun olaraq müvafiq sahədə iş təcrübəsi; Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır; MS Office proqramlarından istifadə etmək bacarığı; Analitik düşünmə qabiliyyəti; Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı; Təhlil və qərar vermə bacarıqları; Qeyri-standart vəziyyətlərdə stresə davamlılıq qabiliyyəti; Müxtəlif satış kanalları ilə işləmə bacarıqları; Öyrənmə və öyrətmə bacarıqları; Komanda formalaşdırmaq bacarıqları; Komanda şəklində işləmək bacarıqları; Liderlik bacarıqları; Motivasiya və komanda ruhunu formalaşdırmaq bacarıqları; Sumqayıt şəhəri üzrə iş fəaliyyəti göstərmə imkanı.