Təsvir: Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi; Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi; Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi; Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi; Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək; Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi; Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması; Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi; Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması; Analoji işlərin təşkili üçün regionlara ezam olunması. Tələblər: Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması; Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik iş təcrübəsi; Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı; İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti; Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı; Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); Azərbaycan dilini mükəmməl səviyyədə bilməli; Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, icra haqqında, ipoteka haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
5 gün əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
8+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan