Daxili Nəzarət İdarəsinin Korporativ Nəzarət və Daxili Araşdırma Şöbəsi
at
Xalq Bank
Part Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Təsvir: Kurasiyasında olan filial/şöbələrin fəaliyyətinə ümumi şəkildə nəzarət edilməsi; Şöbənin işi ilə əlaqədar daxili qeydiyyat cədvəllərinin doldurulması və müvafiq dəyişikliklərin edilməsi; Filial/şöbələrin fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən tələb olunan məlumatların təqdim edilməsi; Filial/şöbələrin fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması; Şöbə tərəfindən tərtib edilən hesabatlar üçün tələb olunan məlumatların/hesabatların kurasiyasında olan filial/şöbələrdən toplanılması; Kurasiyasında olan filial/şöbələrdən daxil olan sualların şöbənin səlahiyyətləri çərçivəsində olduqda cavablandırılması, əks halda müvafiq struktur bölmələrə yönləndirilməsi; Rəhbərliyin filial/şöbələrin rəhbərləri ilə görüşlərinin təşkil edilməsi, görüşlərin nəticələrinin hesabat formasında rəhbərliyə təqdim edilməsi; İdarə rəisinin və şöbə rəisinin ona həvalə etmiş olduğu digər vəzifələrin həyata keçirilməsi. Tələblər: İqtisadiyyat, maliyyə və hüquq sahəsi üzrə ali magistr təhsili; Analoji sahədə 2 il iş təcrübəsi; Hərbi xidməti bitirməsini və ya möhlət hüququnun olmasını təsdiq sənəd (oğlanlar üçün); Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı; Hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər; Dil bilikləri: ingilis və rus dili orta səviyyədə.