Daxili Audit İdarəsinin İnformasiya texnologiyaları auditi şöbəsinin auditoru
at
Xalq Bank
Part Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Təsvir: İllik audit planına əsasən Bankın funksional İT struktur bölmələrinin auditini aparmaq; Bank üzrə informasiya sistemlərində və avtomatlaşdırılmış əməliyyat proseslərində daxili nəzarət sisteminin effektivliyinin, adekvatlığının yoxlanılmasını və qiymətləndirilməsini təmin etmək; İnformasiya texnologiyaları sahəsində mövcud olan riskləri müəyyən etmək və həlli ilə bağlı müvafiq tövsiyələr vermək; Bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasında iştrak etmək; İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq. Tələblər: Ali magistr təhsili; Müvafiq sahə üzrə minimum 1 il, və ya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi (kiber təhlükəsizlik) sahəsində minimum 2 il təcrübə; Azərbaycan dili mükəmməl, İngilis dilini isə orta səviyyədə bilmək zəruridir; Müvafiq sahə üzrə mövcud olan çərçivələr və standartlar (ITIL, COBIT, ISO 27001, PCI DSS, NIST və s.) haqqında biliklərə malik olan namizədlərə üstünlük veriləcəkdir; İnformasiya sistemlərinin idarə olunması üzrə iş təcrübəsi; İnformasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları haqqında biliklərin olması; İT və təhlükəsizlik prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları və uyğunluq tələbləri haqqında biliklər; Müxtəlif maraqlı tərəflərlə səmərəli qarşılıqlı əlaqə yaratmaq üçün həm yazılı, həm də şifahi olmaqla güclü ünsiyyət bacarıqlarının olması; Analitik təfəkkür, təhlil və risklərin müəyyən edilməsi bacarığı; Hesabatların tərtib edilməsi üzrə bilik və bacarıqlar.