Bakı filiallarının Müştəri xidməti şöbəsinin mütəxəssisi
at
Xalq Bank
Part Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Təsvir: Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək; Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək; Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq; Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək; Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək. Tələblər: Ali magistr təhsili; Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); Bu sahə üzrə 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır; Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq; Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti; Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti; Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; Yüksək qavrama və öyrənmə qabiliyyəti; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Kompyuter bilikləri; Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək.