“PAŞA Bank” ASC Hüquq Məsələləri şöbəsinin Məhkəmə İşləri istiqaməti üzrə kiçik mütəxəssis vakansiyasını elan edir. İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması; Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması; Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması; İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması; Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması; Bankın məhsullarının hüquqi ekspertizası; Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi; Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması; Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması; Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə Bankın əməkdaşlarlarının təlimatlandırılması; Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması; Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.Tələblər Hüquq ixtisası üzrə bakalavr dərəcəsi; Kiçik mütəxəssis üçün ən azı 1 il peşəkar hüquqşünas təcrübəsi; Komanda ilə işləmək və güclü ünsiyyət bacarıqları; Mükəmməl Azərbaycan dili biliyi, rus və ingilis dillərinin biliyi arzuolunandır; MS Office proqramlarının praktiki yüksək səviyyədə biliyi; Tədqiqat, araşdırma və analitik bacarıqlar; Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı;

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 il əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan