"İmmigration.az” şirkəti “Kiçik Hüquqşünas” vakansiyasını elan edir. Şirkətimiz 10 ilə yaxın müddətdir ki, əcnəbi vətəndaşlar üçün Azərbaycan Respublikasında qanunauyğun formada yaşama, biznes, təhsil və s. sahələrdə hüquqi və digər lazımi xidmətlərin göstərilməsini peşəkar səviyyədə həyata keçirməkdədir. İşçinin əmək funksiyaları: Hüquqi sənədlərin tərtib edilməsi; Müqavilələrin və digər normativ sənədlərin hazırlanması və qeydiyyatı (əsasən ingilis dilində) Hüquqi rəylərin hazırlanması; Dövlət orqanlarına göndərilməli olan məktub,ərizə və arayışların hazırlanması; AR Dövlət Miqrasiya Xidmətinə dair müvafiq sənədlərin və proseslərin icrası; Rəhbərliyin digər tapşırıqlarının düzgün yerinə yetirilməsi. Tələblər: Hüquqşunaslıq ixtisası üzrə ali təhsil; (ingilis dilində təhsil almış namizədlərə üstünlük veriləcəkdir). Bu sahədə hər hansı təcrübə tələb olunmur, namizəd uğurla seçildiyi təqdirdə hər şey qanuni formada müvafiq olaraq öyrədiləcəkdir. Ünsiyyət qurma bacarığı; Komandada işləmə bacarığı; Daim öyrənmək həvəsi; Dil bilikləri: Azərbaycan dili - mükəmməl, ingilis dili - əla. MS Office (Word, Excel ) yüksək səviyyədə bilmək. Tələblərə uyğun olan namizədlər öz CV-lərini mövzu hissəsində “Kiçik Hüquqşünas” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. İş qrafiki həftə içi 5 (beş) gün (saat 10:00-18:00) Əmək haqqı müsahibə zamanı namizədin bilik və təcrübəsinə əsasən təyin olunacaqdır.