Tələblər: Yaş: 21-35; Təhsil: Ali təhsil; Təcrübə: Minimum 2-3 il (İstehsalat təcrübəsi üstünlükdür); Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı; Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C programında işləmək bacarığı; Peşəkar ünsiyyət bacarığı; Analitik düşünmə qabiliyyəti; İşində məsuliyyətli və dəqiq olmalı. Vəzifə öhdəlikləri: İşçilərin şəxsi işlərinin formalaşdıraraq qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması; Cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi; İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi; İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət edilməsi; Məzuniyyət və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi; Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqqlarına dair əməliyyatların vaxtında və düzgün icra olunmasının təmin edilməsi. İş şəraiti: İş qrafiki: 09:00-18:00; Ünvan : Siyəzən rayonu ərazisi; Əmək haqqı: 800 AZN; Nahar və servis şirkət tərəfindən təmin olunur. Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.