Öhdəliklər: Problemli kreditlərlə bağlı məhkəmə və digər orqanların qərarlarının icrasını təmin etmək; İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil etmək; Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərir. İcra orqanlarından banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə müvafiq cavablar hazırlayır; Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək. Tələblər: Təhsil pilləsi: Bakalavr dərəcəsi tələb olunur (Hüquq ixtisası üzrə) Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı. Digər səriştələr: Detallara qarşı diqqətli,ünsiyyət qabiliyyəti yüksək və təmkinli olma bacarığı.