Əsas vəzifə öhdəlikləri: Şirkət tərəfindən həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının düzgün vergi uçotunda əks olunmasını təmin etmək; Ödənişlərin köçürmə sənədlərinin vergi uçotuna əsasən tərtib edilməsinə nəzarət etmək; Vergi və mühasibat hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə müvafiq orqanlara təqdim edilməsi; Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət kimi vergi hesabatlarının, DSMF və Statistika hesabatlarının hazırlanması; Şəxsi hesab vərəqələrinin gündəlik təqibi; Vergi orqanları ilə kameral uyğunsuzluqların araşdırılması və uyğunsuzluqlar üzrə cavabların hazırlanması; Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar aparmaq; Gəlir və xərclərin uçotunu vergi tutma məqsədi ilə aparmaq; Əsas vəsaitlərin qanunvericiliyə uyğun olaraq amortizasiya və təmir xərclərini yoxlamaq; Debitor və kreditor borclarının, xərclərin, əsas vəsaitlərin uçotunu, vergi uçotuna uyğunluğunu təmin etmək və nəzarət etmək. Tələblər: İqtisad, Maliyyə, Vergi ixtisasları üzrə ali təhsil; Mühasibatlıq, Vergi və Maliyyə uçotu bilikləri; Vergi işlərinin aparılması üzrə 3-5 il iş təcrübəsi; Vergi qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər.Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-ni mövzu bölümündə Vergilər üzrə mütəxəssis\məsləhətçi qeyd etməklə [email protected] , elektron ünvanına göndərə bilərlər.
Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!