İnzibati işlər şöbəsi - İnzibati işlər şöbəsinin baş mütəxəssisi
at
PASHA Life
Part Time
Vəzifə öhdəlikləri: Binada lazımi təmir ehtiyacları üçün smetalarının tərtib edilməsini təşkil etmək; Binanın texniki qurğularının (havalandırma, qazanxana, liftlər və s.) fasiləsiz fəaliyyətini təmin etmək; Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək; Qazlaşdırma, elektrikləşdirmə, su təchizatı, yanğınsöndürmə normalarını bilmək; Təmir-tikinti normalarını bilmək; Tikinti üzrə texniki sənədlərin hazırlamaq; Tender və koterovkalarda iştirak edən şirkətlərin sənədlərinin vaxtında və düzgün verilməsinə nəzarət; Təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; Regionlarda yeni ofislərin açılması. Namizədə olan tələblər: İş təcrübəsi: Təmir-tikinti sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi Dil bilikləri: Azərbaycan dili: əla Kompüter bilikləri: MS Office: əlaİmtiyazlar Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 27 oktyabr 2024-cü il
Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!