Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Mağaza müdiri axtarılır. Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi; Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi; Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi; Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi; Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması; Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması; Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi. İş şəraiti: İş günləri: 6 gün iş, 1 gün istirahət; Rəqabət qabiliyyətli əmək haqqı. Tələblər: Ali təhsil; Müvafiq vəzifədə ən azı 3 il təcrübə; Səlis Azərbaycan dili, Rus dili biliyi arzu olunandır; Kompüter bilikləri (MS Office); 1C proqramı ilə işləmə bacarığı arzu olunandır; Mükəmməl analitik və təhlil etmə bacarığı; Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı; Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır.
Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!