Təsvir: Mövcud bazar tendensiyalarını izləmək üçün bütün mövcud mənbələrdən alınan məlumatları təhlil etmək və nəticələr barədə rəhbərliyə vaxtında məlumat vermək; Bank sektoru üzrə aylıq hesabatın vaxtında hazırlanması; Rəqib araşdırmalarını və maliyyə hesabatlarının təhlilini aparmaq; Strateji qərarların qəbulu üçün davamlı olaraq ən yaxşı qlobal təcrübələri, yerli bazar tendensiyalarını və rəqabət mühitini müəyyən etmək üçün araşdırmaların aparılması; Strateji təşəbbüslərin hədəfləri və icra planları ilə pasportların hazırlanması; strateji təşəbbüslərin maliyyə təsirinin əvvəlcədən və sonrakı qiymətləndirilməsini həyata keçirilməsi; Strategiya uyğunluğu və hədəfə nail olmaq baxımından biznes bölmələrinə dəstək göstərilməsi; Bazarın qiymətləndirməsi, bankın rəqabətli mövqeyini müəyyənləşdirilməsi və araşdırma və analitikanın aparılması (məsələn, makroiqtisadiyyat, qlobal tendensiyalar, texnologiya/innovasiya, bazar, rəqabət, məhsullar üzrə); Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlandırılması; Bankdaxili Komitə və SQO-lar, həmçinin Korporativ Mərkəz üçün makro-iqtisadi və rəqabət ilə bağlı vahid məlumat mənbəyi olmaq və müxtəlif sorğularının cavablandırılması və lazımi hesabatların təqdim edilməsi; Yüksək səviyyəli KPI-lərin idarəedilməsi. Tələblər: Təhsil: Bakalavr dərəcəsi; Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 (iki) il; Xarici dil bilikləri: İngilis dili (səlis), rus dili (arzuolunandır); Kompüter bilikləri: MS Office, layihə idarəedilməsi proqramları (məs. Jira); Məhsul üzrə biliklər: Bank məhsulları, satış kanalları və risk səviyyələri; Bazar üzrə biliklər: Makroiqtisadiyyat və Bank sahəsi; Digər tələblər: Biznes prosesləri üzrə biliklər, şəxsi münasibətlərin qurulması və idarəedilməsi, güclü ünsiyyət bacarıqları (yazılı və şifahi).