Təsvir: Kredit məhsullar üzrə mütəmadi analizlərin aparılması, trendlərin, boşluqların müəyyən edilməsi və məhsulların inkişafı ilə bağlı təkliflər hazırlanması; Müştəri davranışlarının təhlili; Biznesin effektivliyini ölçmək və potensial inkişaf istiqamətlərini müəyyən etmək üçün əsas fəaliyyət göstəricilərinin təhlil edilməsi; Yeni tendensiyaları, imkanları və potensial riskləri müəyyən etmək üçün bazar araşdırması aparmaq; Qərar qəbuletmə proseslərinə dəstək vermək üçün analitik məlumat və tövsiyələr təqdim etmək. Tələblər: İqtisadiyyat, biznes, maliyyə, riyaziyyat və ya əlaqəli sahələrdə ali təhsil; MC Office (xüsusilə Excel) və Oracle SQL proqramları ilə sərbəst işləmə bacarığı (Digər proqramlarla işləmək bacarığı üstünlükdür); Bazar araşdırmalarına dair bilik və bacarıqlar; Bank məhsulları və bank sektoru ilə bağlı məlumatlılıq; Analitik düşünmə və təhlil qabiliyyəti, habelə böyük verilənlər bazalarını hazırlamaq, təhlil və şərh etmək bacarığı; Mürəkkəb məlumatları aydın və yığcam şəkildə təqdim etmək bacarığı; Kredit məhsulları və prosesləri ilə bağlı məlumatlılıq; Kreativ və unikal ideyaların hazırlanması bacarığı