Marketinq departamentinin Korporativ kommunikasiya şöbəsinə kiçik mütəxəssisi / mütəxəssisi
at
ABB
Part Time
Görəcəyiniz Işlər Bankın kommunikasiya mətnlərinin İngilis dilinə tərcümə edilməsi; Bank rəhbərliyinin KİV və digər ictimaiyyət nümayəndələri ilə görüşlərinin, mətbuat konfranslarının və brifinqlərinin təşkilində iştirak; KİV-də Bankla bağlı materialların aylıq monitorinqinin və uçotunun aparılmasında, analitik informasiyaların, təqdimatların hazırlanmasında iştirak; Bankın korporativ sosial məsuliyyət (KSM) siyasətinin formalaşdırılması və icrasında iştirak; Bankın təşkilatçılığı ilə keçirilən bankdankənar korporativ tədbirlərin təşkilinə dəstək; Bankın məhsul və xidmətlərinin təşviqi, habelə Bank tərəfindən təşkil olunan ictimaiyyətlə əlaqələr (PR) tədbirləri üçün zəruri olan çap (buklet, broşür, liflet, flayer və s.) və rəqəmsal reklam-məlumat xarakterli materialların hazırlanmasında iştirak. Bizim Üçün Uyğun Namizəd Jurnalistika, filologiya, yaxud digər humanitar ixtisaslar üzrə ali təhsilinə; Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazı və redaktə bacarığna sahib olan şəxsdir.