Layihələrin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
at
Bank Respublika ASC
Part Time
Təsvir: Layihəyələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələrində LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək; Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək; Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak etmək; Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək; Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək. Tələblər: Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır); Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər); Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı); Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.