Vəzifə öhdəlikləri: Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı ; Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi; Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək; Layhəyə əsasən iş həcmlərinin çıxarılması; Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq; Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək; Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək; Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi; Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi); Sahələrdən gələn texniki hesabatların yoxlanılması; Layihədəki büdcə risklərin analizi; Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili; Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması; Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi.Namizədə dair tələblər: Mühəndis ixtisası üzrə ali təhsil; Minimum 5 il müvafiq sahədə iş təcrübəsi; Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri bilməli; Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını bilməli; Mülki, sənaye, yeraltı tikili və qurğuların, elektrik, mexaniki işlər, havalandırma, ventilyasiya,meliorasiya işləri üzrə bilikləri olan; Komputer bilikləri: Excel və AutoCAD proqramları üzrə biliklər; Məsuliyyət, təşəbbüskarlıq, çeviklik, nəticə yönümlülük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq; Ezamiyyə halları mövcuddur; Əmək haqqı müsahibə əsasında razılaşdırma yolu ilə. Müraciət üçün CV-nizi [email protected] e-poçt ünvanına mövzu hissəsində müvafiq vakansiya üçün "Smeta mühəndisi" qeyd edərək göndərə bilərsiniz.
Daha çox Tikinti vakansiyaları isbu.az-da - Axtardığın işbu!