Ümumi məlumatBank haqqındaKapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.Rol haqqındaİstedadların cəlbi və seçimi komandasına işə qəbul prosesinin müxtəlif mərhələlərində dəstək verəcək və təşkilat daxilində HR proseslərinin icrasına töhfə verəcək, İnsan resurslarının müxtəlif istiqamətləri üzrə praktiki təcrübə qazanmaq istəyən həvəsli və motivasiyalı gənclərin axtarışındayıq!Öhdəliklər Müsahibələrin planlaşdırılmasında dəstək göstərmək Namizəd sorğularını cavablandırmaq Namizədlərin sənədləşmə prosesinə dəstək olmaq İmtahan və müsahibə mərhələlərinin təşkilində iştirak etmək Bank tədbirlərində iştirak etmək Ofis idarəçiliyində dəstək olmaqTələblər Ali təhsil (İnsan Resursları sahəsi üzrə təhsil almış məzunlar və ya İnsan Resursları sahəsi üzrə təcrübə keçmiş namizədlər arzuolunandır); MS Office proqramları üzrə işləmək qabiliyyəti; Ünsiyyətqurma və səlis danışıq qabiliyyəti; Səbirli, məsuliyyətli və intizamlı; Yüksək motivasiyalı və öyrənməyə açıq.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
8 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan