Vəzifə – Ofis meneceri/Receptionistİş qrafiki: Bazarertəsi – Şənbə 9:00 – 18:00İş ünvanı – Ağ Şəhər, Mərkəzi Bulvar küç. 6 Vəzifə öhdəlikləri: Şirkət qonaqlarının qarşılanması, köməklik göstərilməsi, istiqamətləndirilməsi; Müştərilərə showroomun gəzdirilməsi, məhsullar barədə məlumat verilməsiı; Daxil olan zəngləri qəbul edilməsi. Şirkətin fəaliyyəti ilə bağlı müştərilərə ətraflı cavabların verilməsi və ya onların təyinatı üzrə istiqamətləndirilməsi; Mütəmadi olaraq şirkətin elektron ünvanına daxil olan məktubların təqib edilməsi, Prioritetə görə qeydlərin aparılması və lazımı ünvana yönəldilməsi; Məktubların qəbul edilməsi, müvafiq departamentlərə yönləndirilməsi və məktubların göndərilməsi; Sənədlərin scan edilməsi, vaxtında qovluqlara səliqəli formada yığılması; Sənədlərin və elektron məlumatların saxlanılmasına nəzarət edilməsi; Ofis avadanlıqlarına (ləvazimatlarına) nəzarət: Ofis avadanlıqlarında hər hansı nasazlıq yaranarsa dərhal aidiyyatı şəxslərlə əlaqə saxlanılmalsı; Ofis ləvazimatlarının miqdarına mütəmadi olaraq nəzarət edilməsi, ləvazimatlar bitməzdən öncə sifariş edilməsi; Gündəlik inzibati işlərin yerinə yetirilməsi; Sosial şəbəkələr üzərində şirkətin təbliğ olunması; Şirkət adından iştirak edərək lazım ola biləcək görüşlərin aparılması; Verilən tapşırıqlar üzrə həftəlik, aylıq və rüblük raportların hazırlanması və təqdim olunması; İşçidən tələb olunan xüsusiyyətlər Ali Təhsilli; Cinsiyyət: Qadın; Yaş aralığı: 22-30; 1-3 illik iş təcrübəsi Azərbaycan və Rus dilində sərbəst danışmaq və yazmaq. İngilis dilini bilənlərə üstünlük veriləcək; Komandada işləmə bacarığı; Səliqəli, xoş görünüşlü və ünsiyyətcil; İşgüzar, təşəbbüskar və problemləri həll etmək bacarığı; İşə planlı yanaşma, analitik düşünmə qabiliyyəti; Microsoft Office proqramları ilə işləmək bacarığı; Qeydlər: CV-lərə bir ədəd şəkil əlavə olunmalıdır. Vəzifəyə aidiyyəti olmayan şəxlər qeydə alınmayacaq Müraciət etdiyiniz vəzifəni emailin subject hissəsinə qeyd edin Müraciət etmək istəyən şəxslər CV-ləri [email protected] emailinə ünvanlansın.
Daha çox Tikinti vakansiyaları isbu.az-da - Axtardığın işbu!