Şirkət tərəfindən satın alınacaq malların (işlərin və xidmərlərin) iş həcmlərinin və şərtlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti struktur bölmələrdən məlumatlar (texniki spesifikasiyaların və çertyojların) tələb etmək və almaq ; Şirkət tərəfindən alınacaq malların (işlərin və xidmərlərin) Satınalma Prosedurlarının tələblərinə uyğun olaraq satın alınmasının təşkili üçün sənədləşmələrin təmin edilməsi, ehtimal olunan qiymətlərin hesablanması ; Şirkət tərəfindən keçiriləcək satınalma prosesində şirkətlərin iştirakını təmin etmək məqsədi ilə tələb olunan sənədlərin toplanması (Təchizatçıların Qiymətləndirmə Anketi və aidiyyatı sənədlər) və kommersiya qiymətləndirilməsinin təmin edilməsi ; Şirkət tərəfindən keçiriləcək satınalma prosesində iştirak edəcək iddiaçıların siyahısının tərtib edilməsi və təsdiq edilmiş iştirakçıları satınalma prosesinə dəvət edilməsi (tender elan edilməsi). Rəqabətə davamlı qiymətlər əldə edilməsi və alınan təklifləri Qiymət Müqayisəsi Cədvəlinə daxil edilməsi ; Təchizatın yüksək keyfiyyətinə və etibarlılığına uyğun olaraq ən qənaətcil şərtlərin əldə edilməsini təmin etmək üçün iddiaçılarla əsas təchizat və kommersiya şərtləri üzrə danışıqların aparılması; Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;Tələblər: Ali təhsil; Azərbaycan və Rus dillərini səlis bilməli; Müvafiq sahədə minimum 2+ il iş təcrübəsi; MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;Əlavə məlumat: İş qrafiki: 5/2, 09:30-18:30 Nahar şirkət tərəfindən təmin edilir Əmək Haqqı: 1800-2000 azn net İş yeri-Çıraq plaza
Daha çox Tikinti vakansiyaları isbu.az-da - Axtardığın işbu!