VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ: Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayens indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək; Komplayens risklərinin matrisinin formalaşdırılması prosesində aktiv iştirak etmək, proseslər zəncirində risk indiqatorlarını düzgün tətbiq etməklə, risk qiymətləndirilməsini aparmaq, açıq risklər üzrə nəzarət tədbirlərinin formalaşdırılmasını həyata keçirmək; İllik monitorinq planı əsasında Şirkətin bütün prosesləri üzrə komplayens monitorinqlər həyata keçirmək, nəticə ilə bağlı birbaşa rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək; Monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə müvafiq struktur bölmələr tərəfindən təqdim edilmiş tədbirlər planının razılaşdırılmış son icra tarixi çərçivəsində həyata keçirilməsi üzrə prosesi izləmək; Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək; Hədəfli maliyyə sanksiyaları haqqında Qanunun tələblərinin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək; Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarətin qurulması; Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək; Şirkətin yeni yaradılmış satış kanalları və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s. daxildir) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə komplayens risklərini təhlil edib rəy vermək; Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasını təmin etmək; Know your customer, know your vendor proseslərində nəzarəti həyata keçirmək, mümkün ola biləcək riskləri öncədən qiymətləndirməklə müvafiq tədbirlər görmək; Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.Təcrübə tələbi: Komplayens, risklərin idarəolunması və ya daxili audit istiqaməti üzrə 1-3 il iş təcrübəsiTəhsil tələbi: İqtisadiyyat ( maliyyə, mühasibat uçotu, audit ), hüquqşünaslıq və ya riyaziyyat ixtisası üzrə bakalavr təhsili (magist təhsili üstünlükdür).
Daha çox Sığorta vakansiyaları isbu.az-da - Axtardığın işbu!