Vəzifə və öhdəliklər Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayens indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək; Komplayens risklərinin matrisinin formalaşdırılması prosesini idarə etmək, proseslər zəncirində risk indiqatorlarını düzgün tətbiq etməklə, risk qiymətləndirilməsini aparılmasını, açıq risklər üzrə nəzarət tədbirlərinin formalaşdırılmasını təmin etmək; İllik monitorinq planı əsasında Şirkətin bütün prosesləri üzrə komplayens monitorinqlərin (yoxlamalar) həyata keçirilməsi prosesini idarə etmək, nəticə ilə bağlı departament rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək; Monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə müvafiq struktur bölmələr tərəfindən təqdim edilmiş tədbirlər planının razılaşdırılmış son icra tarixi çərçivəsində icra edilməsi prosesinə nəzarət etmək; Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək; Hədəfli maliyyə sanksiyaları haqqında Qanunun tələblərinin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək; Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarətin qurulması; Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək; Şirkətin yeni yaradılmış satış kanalları  və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s. daxildir) üzrə qanunvericilik tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması işini təşkil etmək; Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasını təmin etmək; Know your customer, know your vendor proseslərində nəzarəti həyata keçirmək, mümkün ola biləcək riskləri öncədən qiymətləndirməklə müvafiq tədbirlərin görülməsi üzrə nəzarəti təmin etmək; Komplayens departamentinin rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək; Şöbə əməkdaşlarının şəxsi inkişafını, komanda ruhunu təşfiq etməklə rəhbərlik etdiyi komandanın uğurunu təmin etmək. Biliklər Hüquqşünaslıq və ya iqtisadiyyat üzrə ali təhsil; Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı; Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı; Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır. Təcrübə Nəzarət funksiyalarında ( Komplayens ( AML istisna olmaqla ), Korporativ hüquq, Daxili audit, Daxili nəzarət, Risklərin idarə olunması) minimum 1 il baş və ya aparıcı mütəxəssis (hüquqşünas) vəzifəsi üzrə çalışmaqla, həmin sahələrdə ən az 3 il ümumi təcrübə ( müvafiq sahələr üzrə magistr dərəcəsi, sığorta, bank və digər maliyyə institutlarında və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).Bacarıqlar Dürüstlük; Şəffaflıq; Komandada işləmək bacarığı; Vaxtın səmərəli idarə edilməsi bacarığı; Məntiqi və analitik düşüncə; Təşəbbüskarlıq; Şəxsi inkişafa yönümlülük; Məqsədyönlülük; Emosional stabillik və məsuliyyətli olmaq; Yaxşı ünsiyyət bacarığı.Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin. Daha çox Sığorta vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan