Vəzifə öhdəlikləri: Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyin göstərilməsi ilə keyfiyyətli xidmətin təqdim edilməsi; Öz səlahiyyətləri çərçivəsində hadisələr üzrə müraciətlərin ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli həll edilməsi; Proqram təminatı ilə bağlı xəta baş verdikdə və problemli müştərilərlə qarşılaşdıqda birbaşa rəhbərinə yazılı məlumat verilməsi; Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualların cavablandırılması; Proqram təminatında məlumatların müvafiq tələblərə uyğun olaraq dəqiq və tam şəkildə daxil edilməsi; Gündəlik fəaliyyətinin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması; Gündəlik, həftəlik, aylıq, illik performansın dəyərləndirmə və monitorinq prosesi zamanı bildirilən geribildirimi qəbul edərək üzərində işləmək; Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərinə hesabat vermək; Şöbənin fəaliyyətinin inkişafı və təkmilləşməsi məqsədi ilə birbaşa rəhbərinə yeni ideya və təkliflər irəli sürmək; Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi. Namizədə tələblər: Ali və ya peşə təhsili; Müvafiq vəzifədə təcrübə arzu olunandır; Azərbaycan və Rus dilləri sərbəst bilikləri; İngilis dili biliyinə üstünlük verilir; Microsoft Office bilikləri. Bacarıqlar: Ünsiyyətçilik; Dəqiqlik; Öz fikirlərini təmiz ifadə etmək bacarığı; Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı; Komanda ilə işləmək bacarığı; Məsuliyyətlilik; Analitik düşüncə tərzi; Stressə davamlılıq. Son müraciət tarixi: 15.11.2024Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi [email protected] ünvanına göndərin.
Daha çox Sığorta vakansiyaları isbu.az-da - Axtardığın işbu!