Biznes Proseslərin Optimallaşdırılması üzrə Şöbə Rəhbəri
at
PASHA Insurance
Part Time
Elanın bitmə vaxtı
2 həftə sonra
Vəzifə və Öhdəliklər: Şirkətin strateji hədəflərinə və əməliyyat modelinə uyğun olaraq Biznes proseslərinin idarə edilməsi strategiyası, çərçivəsi, qayda və metodologiyaların işlənib hazırlanmasını və yenilənməsini təşkil etmək; Biznes proseslərinin təsviri, təhlili və optimallaşdırılması üzrə standartları hazırlamaq və tətbiq etmək; Biznes proseslərinin idarə edilməsi modelini işləyib hazırlamaq; Biznes proseslərinin reyestrini hazırlamaq və daimi olaraq aktual qalmasını təmin etmək; Biznes proseslərinin yetkinliyini, effektivliyini ölçmək; Biznes prosesləri üzrə əsas fəaliyyət göstəricilərini hazırlamaq və aktual qalmasını təmin etmək; Şirkətin ehtiyacları və tələblərinə uyğun biznes proseslərinin idarə edilməsi üzrə qabaqcıl texnologiyaları və alətləri araşdırmaq, öyrənmək və tətbiq etmək; Biznes proseslərinin müvafiq iştirakçılarının aydın və ətraflı vəzifə və məsuliyyətlərini müəyyən etmək; Biznes proseslərində olan potensial riskləri və uyğun nəzarət mexanizmlərini ətraflı təsvir etmək; Biznes proseslərinin iştirakçıları üçün proseslərinin effektiv idarə edilməsi üzrə maarifləndirmə təlimlərini keçirmək; Biznes proseslərinin iştirakçılarının dəyişikliklər barədə vaxtında və effektiv məlumatlandırılmasını təmin etmək; Biznes proseslərinin idarə edilməsi üzrə daxili hesabatlılıq sisteminin effektiv işləməsini təmin etmək; Tabeçiliyində olan əməkdaşların daimi inkişafı üzrə effektiv proqramın təmin edilməsini təşkil etmək; Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar. Biliklər: Biznesin idarə edilməsi, Əməliyyatların idarə edilməsi, Mühəndislik, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil; Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; Biznes proseslərinin idarə edilməsi alətləri və texnologiyaları haqqında dərin biliklər və istifadə etmək təcrübəsinin olması; Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır; Müvafiq sahə üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir. Təcrübə Biznes proseslərinin idarə olunması sahəsi üzrə minimum 5 il təcrübə (Maliyyə institutları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir); Bacarıqlar Yüksək təqdimat bacarıqları; Komanda ilə effektiv işləmək bacarığı; Yaxşı ünsiyyət bacarığı; Məntiqi, analitik və tənqidi düşüncə; Yaradıcı düşünmə; Təşəbbüskarlıq; Dəyişiklikləri effektiv idarə etmə; Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi elektron poçt ünvanına göndərin.
Daha çox Sığorta vakansiyaları isbu.az-da - Axtardığın işbu!