Təsvir: Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələlərin koordinasiya edilməsi; Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak edilməsi; Şəbəkə infrastrukturu üçün texniki sənədləşmənin təşkil edilməsi; Şəbəkə yükü və trafik optimizasiyasının təhlil edilməsi və təkliflərin verilməsi; Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi; Şəbəkə sistemləri üzrə yenilikləri yoxlamaq və yenilənmə üzrə planın tərtib edilməsi; Sistemlərdə baş verəbiləcək problem və dayanmaların prosedurlara əsasən araşdırılması və həll edilməsi; Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işlərin icra edilməsi; Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparılması; İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak edilməsi. İş şəraiti: İş qrafiki: I-V günləri. Tələblər: Ali təhsil (Texniki təhsil arzu olunandır); Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi; Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında biliklər; Şəbəkə monitorinqi, diaqnostika və analiz alətləri ilə təcrübə; Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması; Cisco, Mikrotik, Unifi, HP, ASA, PaloAlto və s şəbəkə cihazları üzrə təcrübə mütləqdir; VPN texnologiyaları ilə işləmək bacarığı; Müvafiq sahə üzrə beynəlxalq sertifikatların (CCNA, CCNP və s.) olması arzu olunandır.