Məlumatların və proqramların təhlükəsizliyi arxitekturası üzrə baş mütəxəssis
at
ABB
Part Time
Görəcəyiniz Işlər: IBM Guardium sistemi üçün təhlükəsizlik və uyğunluq siyasətlərinin idarə edilməsi; Təhlükəsizlik təhdidlərini və potensial zəiflikləri müəyyən etmək üçün verilənlər bazaların fəaliyyətinə nəzarət və təhlil edilməsi; Kollektorların ve IBM Guardium agentlərinin , təhlükəsizlik qaydaları və hesabatlarının konfiqurasiyasının təmin edilməsi; Mövcud sistemlər və təhlükəsizlik siyasətləri ilə düzgün inteqrasiyanı təmin etmək üçün verilənlər bazası administratorları və təhlükəsizlik qrupları ilə əməkdaşlıq edilməsi; IBM Guardium konfiqurasiyaları, prosedurları və siyasətlərinin sənədlərinin yaradılması. Potensial təhlükəsizlik pozuntularını aşkar etmək üçün IBM Guardium hesabatlarının və xəbərdarlıqlarının hazırlanılması və icra edilməsi; IBM Guardium xüsusiyyətləri və funksionallığı ilə bağlı istifadəçilərə və maraqlı tərəflərə təlimatların təqdim edilməsi. Bizim Üçün Uyğun Namizəd: Ali təhsil (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə); Azərbaycan dili, ingilis dili (texniki) bilikləri; Oracle, MSSQL ve MongoDB kimi verilənlər bazaları ilə 5 il təcrübə; Verilənlər bazası təhlükəsizliyi məhsulları ilə təcrübə (IBM Guardium, Imperva); Verilənlər bazası təhlükəsizliyi konsepsiyaları və prinsipləri haqqında güclü anlayış; CİS kimi uyğunluq standartlardan anlayışın olması; Texniki problemləri həll etmə bacarıqları; Komanda mühitində effektiv işləmək bacarığı ilə güclü ünsiyyət bacarıqları; Verilənlər bazası fəaliyyətindəki anomaliyaları müəyyən etmək, təhlil etmək bacarığı olan şəxsdir.