Təsvir: İT sistemlərinin daimi monitorinqi; Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması; Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması; Mövcud servislərin dayanaqlılığını təmin etmək; Bütün dəyişikliklərin sənədləşdirilməsi; Bütün tapşırıqların task sistemi üzərində qeydiyyatı və icrası; İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak edir; 24/7 mövcudluğu; Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir; İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması. Tələblər: İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları; Red Hat (RHCSA, RHCE), VMware Certified Professional (VCP) sertifikatlarına sahib olması arzuolunandır. Opensource istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə; Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklər - inzibatçılıq səviyyəsində; Python ilə təcrübə; Proxy və web server-lərlə bağlı iş təcrübəsi – HAProxy, Nginx, Apache və s; Configuration Management tool-larla təcrübə – Ansible, Chef, Puppet; Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi; Bash Script-lə praktiki biliklər; Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware; İngilis və rus dilləri üzrə biliklər; İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək; Sahə üzrə iş təcrübəsi ən azı 3 il təcrübə.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 həftə əvvəl
Elanın bitmə vaxtı:
2 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
5+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan