Əsas öhdəliklər: Açıq mənbəli və ya lisenziyalı texnologiyalardan istifadə edərək geniş miqyaslı, təhlükəsiz və sərfəli bulud həllərinin layihələrini hazırlamaq; Virtualizasiya, məlumat saxlama və konteynerizasiya sistemlərinin arxitekturası üzrə qabaqcıl təcrübələri müəyyənləşdirib tətbiq etmək; Şirkətin tələblərinə əsasən ən uyğun bulud platformalarını və həllərini (AWS, GCP, Azure, OpenStack və s.) qiymətləndirib tövsiyə etmək; Bulud orkestrasiya alətləri, bulud əsaslı tətbiqlər və xidmətlərin dizaynı, qurulması və yerləşdirilməsi üzrə inkişaf komandasına rəhbərlik etmək; İnkişaf komandasına mentorluq edərək proqram təminatının inkişafı və bulud memarlığı sahəsində yeni standartlara və qabaqcıl təcrübələrə riayət olunmasını təmin etmək; Layihənin uğurla həyata keçirilməsini təmin etmək üçün DevOps, İT və məhsul idarəetmə üzrə çarpaz funksional komandalarla əməkdaşlıq etmək; Bulud infrastrukturu və əməliyyatlarının avtomatlaşdırılması məqsədilə alətlərin, skriptlərin və sistemlərin dizayn və inkişafını təmin etmək; Bulud resurslarını optimallaşdırmaq üçün mürəkkəb skriptlər yazmaq və API-lərdən (AWS, GCP, Azure, OpenStack və s.) istifadə etmək; Golang və ya Python proqramlaşdırma dillərindən istifadə edərək proqram təminatının inkişaf təşəbbüslərinə töhfə vermək; Hibrid və çoxbuludlu mühitləri dəstəkləmək üçün bulud platformalarını mövcud infrastruktura inteqrasiya etmək; oVirt, RHEV və Proxmox kimi virtualizasiya sistemlərini yerləşdirmək və idarə etmək; Docker, Podman və LXC kimi açıq mənbəli konteynerizasiya platformalarını tətbiq etmək; Açıq mənbəli proqram əsasında qurulmuş məlumat saxlama sistemlərini idarə etmək və optimallaşdırmaq; KVM və libvirt kimi virtualizasiya texnologiyalarından səmərəli istifadəsini təmin etmək; Arxitektura diaqramları, yerləşdirmə təlimatları və problemlərin aradan qaldırılması üçün texniki sənədlər hazırlamaq. Tələb olunan bilik , bacarıqlar və təcrübə: Mühəndis-texniki, informatika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi. Vacibdir: Açıq mənbəli virtualizasiya sistemləri (məsələn, oVirt, RHEV, Proxmox) üzrə təcrübə; Açıq mənbəli bulud platformalarında (məsələn, OpenStack, CloudStack) təcrübə;  Libvirt, KVM və əsas bulud platformalarının (AWS, GCP, Azure) API-lərindən istifadə üzrə güclü proqram təminatı inkişafı bacarığı; Golang və ya Python proqramlaşdırma dillərində peşəkar bacarıq; Mürəkkəb avtomatlaşdırma skriptləri və ssenariləri yazmaq təcrübəsi; Açıq mənbəli konteyner sistemlərində (məsələn, Docker, Podman, LXC) ekspert səviyyəsində biliklərə malik olmaq; Açıq mənbəli proqramla təyin olunan saxlama sistemləri üzrə güclü bilik və anlayış. Arzuolunandır: Hibrid bulud arxitekturası və çox bulud (multi-cloud) strategiyaları üzrə təcrübə; Bulud təhlükəsizliyi üzrə ən yaxşı təcrübələr və uyğunluq standartları haqqında bilik; Proqram təminatının inkişafı sahəsində beynəlxalq şirkətlərdə iş təcrübəsi; Açıq mənbəli platformaları (məsələn, OpenStack) və ya proqramla təyin olunan saxlama sistemləri üzrə sertifikat; Red Hat, AWS, GCP kimi sertifikatların olmasına üstünlük verilir; Kubernetes və ya Ansible kimi orkestrasiya alətləri ilə təcrübə; Əlavə proqramlaşdırma dilləri üzrə bilik (məsələn, Bash). Azərbaycan, Rus və İngilis dilində səlis danışıq . Son müraciət tarixi: 14 dekabr  2024-cü il.Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
3 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan