“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. Vəzifə öhdəlikləri: Komanda tərəfindən Agile, Scrum, Kanban dəyərlərinin, təcrübələrinin və qaydalarının qəbul edilməsini və onlara əməl olunmasını təmin etmək; Scrum komanda üzvlərinə layihənin məqsədi barədə məlumatları düzgün çatdırmaq; Scrum görüşlərinin (Daily Scrum, Sprint Planning, Sprint Review, Retrospective) müsbət, məhsuldar və vaxt məhdudiyyətləri daxilində olmasını təmin etmək Bakloqun prioritetləşdirilməsində PO-ya dəstək olmaq; Qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında komandaya dəstək olmaq; Bankdaxili və komanda daxili biznes və Agile metriklərini təqib etmək; Komandanın effektivliyini təmin etmək; Sprint hədəfinin formalaşmasına və scrum komandanı sprintin hədəfinə fokuslanmağa yönəltmək; Komandaya daxil olan tapşırıqların qiymətləndirilməsini təmin etmək; Komandaya mane olan maneələrin aradan qaldırılmasını təmin etmək; Hesabatların hazırlanması və analizi. Tələblər: Ali təhsil ( IT yönümlü üstünlükdür); Layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür; CSM / PSM I sertifikatlarının olması üstünlükdür; Jira alətində işləmək bacarığı üstünlükdür; Ünsiyyətcil, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı; Komandanın inkişafı üçün komanda üzvlərinə dəstək olmaq; Vaxtın səmərəli idarə edilməsi və təşkiletmə bacarığı; Problem həll etmə bacarığı və nəticəyönümlülük; Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı; Məsuliyyət, dəqiqlik, detallara diqqət yetirmək və analitik düşünmə qabiliyyəti; MS Office proqramları ilə sərbəst işləmək bacarığı; Azərbaycan dili və rus dili bilikləri (ingilis dili arzuolunandı); Stressə davamlılıq; Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
2 həftə əvvəl
Elanın bitmə vaxtı:
2 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan