Təsvir: Korporativ kredit məhsulunun bazar və müştəri tələbləri ilə uyğunluğunu daimi olaraq izləmək və qiymətləndirmək, performans göstəricilərini təhlil edərək inkişaf sahələrini müəyyənləşdirmək; Korporativ kredit məhsulunun müştəri tərəfindən qəbulunu və istifadə təcrübəsini izləmək, müştəri rəylərini toplamaq və bu məlumatları məhsulun inkişafında istifadə etmək; Şirkət daxilində digər şöbələrə (məsələn, satış, marketinq, əməliyyatlar) məhsulun faydaları və xüsusiyyətləri haqqında məlumatlar vermək, həmçinin müştərilərə məhsul ilə bağlı dəstək göstərmək; Rəqabət analizləri aparmaq, bazardakı trendləri izləmək və təhlil etmək; Məhsulun xərclərini və rentabellik göstəricilərini daima izləmək, bu məlumatlarla məhsul qiymətləndirməsi və təkmilləşdirilməsi proseslərini idarə etmək; Korporativ müştəri portfelini genişləndirmək üçün yeni biznes imkanları tapmaq, fərqli sektorlar üzrə kredit məhsullarını uyğunlaşdırmaq; Korporativ kredit məhsulunun inkişafı və təkmilləşdirilməsi üçün uzunmüddətli strategiyaların hazırlanması və həyata keçirilməsi; Rəqəmsal həllər və avtomatlaşdırılmış sistemlər vasitəsilə məhsulun səmərəliliyini artırmaq; Dövri hesabatların hazırlanması.  Tələblər: Ali təhsil (iqtisadiyyat, biznes idarəetməsi sahələri üzrə arzuolunandır); Bankçılıq və ya maliyyə məhsulları sahəsində minimum 3 il iş təcrübəsi arzuolunandır; Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə arzuolunandır; Agile metodologiyası və Scrum barədə təcrübə; Bank və maliyyə məhsulları üzrə baza biliklər; MS Office (Excel) proqramları üzrə biliklər; Rəqəmsal məhsul inkişafı və texnologiyalara maraq; Özünümotivasiya, özünü intizam və nəticəyə yönümlülük; Analitik düşünmə qabiliyyəti və biznes tələblərini texniki tələblərə çevirmək bacarığı; Komanda idarəetməsi və layihə idarəetməsi bacarıqları; Kommunikasiya və təqdimat bacarıqları; Qərarvermə və problem həll etmə qabiliyyəti.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
5 gün əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
10+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan