Vəzifə öhdəlikləri: MSSQL Server və PostgreSQL\Verilənlər bazasının hazırlanması, sazlanması, idarə olunması; Windows, RedHat, CentOS əməliyyat sistemlərinin məlumat bazaları üçün hazırlanması, sazlanması, idarə olunması; Avtomatlaşdırılmış proseslərin qurulması, tənzimlənməsi, idarə olunması; Verilənlər bazası sistemlərinin monitoring edilərək performans tuning təkliflərinin verilməsi; Məlumat bazası sistemlərində dayanıqlılığı təmin etmək üçün müxtəlif növ High Availability funksionallıqları qura bilmək və optimallaşdırmaq; SQL və məlumat bazası sahəsində dərin biliklər (mürəkkəb sorğular yaza bilmək və onları optimallaşdırmaq bacarığı); Verilənlər bazası sistemlərinin system, object və script səviyyəli potensial riskləri, problemləri müəyyən etmək və aradan qaldırılması; Versiya və Əməliyyat sistemləri arası baza, instansiya və server səviyyəli miqrasiya planlamasını hazırlayıb həyata keçirilməsi; Məlumat, məlumat bazası və sistem səviyyəli optimallaşması proseslərində həllərin verilməsi və həyata keçirilməsi; Yeni fərqli məlumat bazası mühitlərinin qurulmasının planlanması və həyata keçirilməsi; Deployment anlayışları (CI\CD - TFS, Git, AzureDevOps): - məlumat bazası ilə əlaqəli proseslərin deployment həllərinin təşkili; Təyin edilmiş layihə və proseslər çərçivəsində verilən tapşırıqların həyata keçirilməsi; Monitoring alətlərindən (Zabbix, Spotlight, Solarwind və s.) istifadə edə bilmə və yeni metriklərin təyin olunaraq qurulması; Proqramlaşdırma dilləri və Bash\Shell istiqamətində avtomatlaşdırma scriptlərinin yazılması; Yeni yaradılan alətlərin və sistemlərin tənzimlənməsi, inkişaf etdirilməsi; Analitik düşünmək və qısa zamanda problem başa düşüb, həll etmək bacarığı; Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti; Güclü performans tuning bacarığı Analitik düşünmək və qısa zamanda problem başa düşüb, həll etmək bacarığı; Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti; Tələblər:Təhsil və ixtisas tələbləri: Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il + Xarici dil bilikləri: Azərbaycan dili (Səlist) İngilis dili (Orta\Texniki) Rus dili (Arzuolunan) Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin