Vəzifə Öhdəlikləri: Biznes və texniki maraqlı tərəflərlə görüşlər keçirərək tələbləri toplamaq və təhlil etmək. Layihənin məqsədlərinə uyğun olaraq biznes və funksional tələbləri müəyyənləşdirmək. User Story, Use Case, BRD (Biznes Tələbləri Sənədi) və FRD (Funksional Tələblər Sənədi) hazırlamaq. Mövcud biznes proseslərini təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək. Acceptance Criteria (Qəbul Kriteriyaları) müəyyən edərək QA və İnkişaf komandaları üçün aydınlıq yaratmaq. Change Request-ləri (Dəyişiklik Tələbləri) layihə komandası ilə birlikdə dəyərləndirmək və tələbləri yeniləmək. Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək. Agile və Scrum metodologiyalarına uyğun işləmək, User Story və Acceptance Criteria yazmaq. FigJam, Bizagi, Draw.io və digər analitik alətlərdən istifadə edərək vizuallaşdırmalar yaratmaq. Data-driven qərarvermə yanaşmasını təşviq etmək və inkişaf etdirmək. Tələblərin test edilə bilən olmasını təmin etmək və QA komandası ilə sıx əməkdaşlıq etmək. UAT (İstifadəçi Qəbul Testləri) prosesində iştirak edərək biznesin qəbul testlərini aparmaq. Tələblər: İnformasiya Texnologiyaları, Biznes Analitikası, Mühəndislik və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi. İT və biznes analitikası sahəsində minimum 2-3 il iş təcrübəsi. Sənədləşdirmə üzrə təcrübə: Biznes tələblərinin maraqlı tərəflərlə razılaşdırılması üçün sənədlərin hazırlanması. Funksional və qeyri-funksional tələblərin inkişaf komandasına ötürülməsi. Testlərin keçirilməsi üçün qəbul ssenarilərinin hazırlanması. İstifadəçi təlimatlarının yazılması. SQL sorğuları yazmaq və verilənlər bazası ilə işləmək bacarığı. JIRA, Confluence və BPMN (Biznes Proses Modeli və Notasiyası) üzrə təcrübə. API-lər və sistem inteqrasiyalarının əsas prinsiplərini anlamaq. Agile metodologiyalarını anlamaq və tətbiq etmək bacarığı. Güclü problem həll etmə və tənqidi düşünmə bacarığı. Texniki və qeyri-texniki maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı. Təhsil və ixtisas: Ali təhsil Dil bilikləri: Azerbaijani, English, RussianZəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
17 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
10+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan