“Pizza Mizza” MMC-yə “İşə qəbul üzrə mütəxəssis” tələb olunur.Pizza Mizza'nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.2018-ci ildə həyata keçirdiyimiz rebrending, müasir trendlərə və müştərilərimizin tələblərinə uyğunlaşdığımızı nümayiş etdirir. Yenilənmiş loqotipimiz və interyer dizaynımız artıq markamızın müasir vizyonunu daha qabarıq şəkildə vurğulayır və yeniliklərə adaptasiya olmaq, həmçinin müştəri təcrübəsini yaxşılaşdırmaq arzumuzu ifadə edir.Namizədə tələblər: Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində) Yaş: 23-30 Restoran və qida sektorunda işə qəbul üzrə 2 il iş təcrübəsi İşə qəbul müsahibələrinin aparılması təcrübəsi Səliqəli xarici görünüş Səlis nitq Operativ və məsuliyyətli Dinamik iş mühitində işləyə bilmək xüsusiyyətinə malik olmalı Azərbaycan dili səlis, rus dili səlis MS Word-əla, MS Excel-yaxşı, Power Point-yaxşı səviyyədə bilməli.İş barədə məlumat: İşçi ehtiyaclarının araşdırılmasında iştirak etmək. Daxil olan müraciətləri təhlil etmək, tələblərə uyğun namizədləri müsahibəyə dəvət etmək. Müsahibələri təşkil etmək. Müsahibəni aparmaq. Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında məlumatı struktur rəhbərinə işə qəbul barədə qərar vermək üçün təqdim etmək) təşkil olunması. Uğurlu namizədlərlə bağlı referansların alınması. Müsahibə nəticələri barədə namizədlərə məlumatın verilməsi. İşə qəbul hesabatlarının hazırlanması. Yeni işçilərlə sorğuların keçirilməsi. İşə qəbul ehtiyaclarının planlanmasında iştirak etmək. Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak etmək.İş şəraiti: İş saatı 09:00-18:00 5 günlük iş həftəsi Nahar şirkət tərəfindən aylıq ödənilir İş yeri: Bakı şəhəri, “Babək Plaza” Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
9 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan