Təsvir:  Bankda aparılan biznes və ona dəstək proseslərin (Baş ofis və filiallar üzrə) analizini aparmaq, bu proseslər üzrə baş verə biləcək riskləri müəyyən etmək; Proseslərin mövcud xəritəsini yaratmaq (process mapping) və müntəzəm yeniləmək; Proseslərin mövcud (As İs) modelini qiymətləndirmək, təsvir etmək, və gələcək (To Be) model üzrə təkliflər vermək; Proseslərin mövcud modeli üzrə xronometraj aparmaq; BPU (Business process universe) faylını daim yeniləmək; Proseslərin optimallaşdırılması üzrə təkliflər vermək, aidiyyatı departmentlərlə birgə razılaşdıraraq, implementasiya etmək; Proseslərin effektiv idarə edilməsi üzrə müxtəlif növ analizlər aparmaq, təkliflər vermək; Proseslərin idarə edilməsi üzrə Bank səviyyəsində ümumi (makro) görüntüyə sahib olmaq, bütün proseslər barədə məlumatlı olmaq; Biznes proseslərin biznes sahibi və iştirakçıları ilə birlikdə GAP analizini aparmaq; Biznes proseslərində məsuliyyətin bölüşdürülməsi matrisinin təhlili; Strukturu modelləşdirilmiş biznes proseslərinin və funksiyaların effektivliyini qiymətləndirmək üçün meyarlar hazırlanması; Biznes proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək; Proseslərin idarə edilməsi və optimallaşdırılması üzrə metodoloji bazanın yaradılması və daim yenilənməsi; Strategiya və İnkişaf Departamentinin Rəhbəri tərəfindən mövcud iş təsviri çərçivəsində verilən digər tapşırıqların yerinə yetirilməsi. Tələblər: Tam ali təhsil; Bank sahəsində 3 ildən az olmayan təcrübə (Əməliyyat riskləri, Daxili Audit, Daxili Nəzarət və proseslərin idarəedilməsi sahəsində təcrübələrə üstünlük veriləcəkdir); Güclü biznez analiz etmək bacarığı;  Bir neçə layihə və vəzifəni eyni anda detallı şəkildə işləmək və əlaqələndirmək bacarığı; Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Excel, MS Project, Vision) ; Güclü araşdırma (xarici təcrübə, best practice-lərin tətbiqi) qabiliyyəti; Müştəri yönümlülük; Yüksək kommunikasiya, təşkilati və icraçı bacarığları, dürüstlük, öyrənmək və başqalarını öyrətmək bacarığı. Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
4 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
2 Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan