Öhdəlik: Müqavilələrin və digər hüquqi sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi, o cümlədən müəssisədaxili əmr, təlimat, prosedur qaydaların tərtib olunması, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; Hüquqi xidmətlərin Sifarişçisinin (irəlidə “Partnyor”, “Tərəfdaş”) cari fəaliyyətində rastlaşdığı hüquqi əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində məsləhətlərin verilməsi, zərurət yarandığı təqdirdə təxirəsalınmaz tədbirlərin icrasının təmini; Məhkəmə, dövlətin hüquq – mühafizə və digər müvafiq icra hakimiyyəti orqanları, ictimai qurumlar, üçüncü şəxslər qarşısında Partnyorun qanuni hüquqlarının müdafiəsi baxımından Tərəfdaşın adından çıxış etməsi və sonuncunun təmsil olunması üzrə zəruri prosessual hərəkətlərin təminatı; İcrası planlaşdırılan kommersiya layihələrinin kompleks şəkildə hüquqi və digər əlaqəli ekspertizasının həyata keçirməsinin təminatı; Partnyor tərəfindən sorğu (sifariş) edilən istənilən mürəkkəb məsələnin həlli istiqamətində zəruri hüquqi prosessual hərəkətlərin icrası.Vəzifəyə tələblər: 1 ildən çox iş təcrübəsi Hüquq üzrə ali təhsil MS Word/Excel Azərbaycan dili İngilis və Rus dili İş planlama və təşkil etmə; Komanda ilə işləmək bacarığı; Mükəmməl kommunikasiya bacarığı; Təşəbbüskarlıq və proaktivlik; Hesabatçılıq bacarığı; Araşdırma və analitik təhlil; Problem həlletmə və nəticəyönümlük; İşgüzar yazışmalar; Analitik təhlil; Gərgin iş qrafikinə uyğunlaşma.Müraciət üçün: https://forms.gle/yMUti3ehQQVbe6Ug6 formu doldurmaq və ya [email protected] ünvanına CV\resume göndərməkQeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.Müraciət üçün son tarix: 10.10.2023