Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin meneceri
at
Kapital Bank
Part Time
Elanın bitmə vaxtı
2 həftə sonra
Öhdəliklər: Proqram təminatının implementasiyasının təmin edilməsi; Mövcud proseslərin analiz edilməsi və optimallaşdırılması ilə bağlı zəruri işlərin görülməsi; Şöbəyə daxil olan sorğuların analiz edilməsi və bundan irəli gələn digital həllərin təmin edilməsi; Müştəri ehtiyaclarına uyğun proseslərin digitallaşdırılması və təkmilləşdirilməsinin təmin edilməsi; Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması zamanı risklərin müəyyən edilməsi, bu risklərin idarə edilməsi üzrə tədbirlərin həyata keçirilməsi; Qayda, prosedur, vəzifə təlimatı və digər əlaqəli sənədlərin hazırlanması; Avtomatlaşdırılmış proseslər üzrə yoxlama mexanizmlərinin qurulması və tətbiq edilməsi; Hesabatların hazırlanması, mütəmadi tələb olunan hesabatların vizuallaşdırma alətləri ilə vizuallaşdırılması; Strukturlar üzrə illik ştat planının hazırlanması, yeni sorğuların analizi və rəyin verilməsi. Tələblər: Ali təhsillisiniz; Azərbaycan dili mükəmməl, İngilis dilini əla səviyyədə bilirsiniz. Rus dili biliyi üstünlükdür; İnsan resursları, Əmək münasibətlərinin idarə edilməsi sahələri üzrə minimum 3 il iş təcrübəniz var; İnsan resursları üzrə proqram təminatının implementasiyası (SAP), proseslərin avtomatlaşdırılması üzrə təcrübəniz var; Əmək Məcəlləsini mükəmməl bilirsiniz; Data və vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə işləməyi bacarırsınız; Ünsiyyət qurmaq, komandada işləmək və yüksək icraçılıq bacarığınız var; Təşəbbüskarlıq, çeviklik, diqqətlilik kimi xarakterik xüsusiyyətlərə sahibsiniz.